• 23 Noyabr 2024 19:40

Maradonanın ölümü ilə bağlı səkkiz nəfər mühakimə olunacaq

2020-ci ildə dünyasını dəyişən Dieqo Armando Maradonanın ölümü ilə bağlı şübhələrə görə səkkiz nəfər məhkəməyə verilib.

İş üzrə məhkəmə prosesinə start verilir. Dünya futbol tarixində bütün zamanların ən böyük futbolçusu kimi göstərilən argentinalı əfsanəvi Dieqo Armando Maradonanın vəfatından 1000 gün keçir.

Maradonanın qızları Dalma və Qainnina atalarının planla qətlə yetirildiyini israr etsə də, onların günahlandırdığı şəxslər məhkəmə qarşısına çıxacaq. Aprel ayında açılan iddia çərçivəsində səkkiz nəfərin qəsdən adam öldürmə maddəsi ilə mühakimə olunacağı açıqlanıb.

Məhkəmə qarşısında cavab verəcək müttəhimlər, Leopoldo Luke (neyrocərrah ), Aqustina Kosaçov (psixiatr), Karlos Diaz (psixoloq), Nensi Forlini, Mariano Perroni (Maradonanın şəxsi həkimi, tibb bacıları üzrə koordinator), Rikardo Omar Almiron, Dahiana Gisela Madrid (hər ikisi tibb bacısı) və klinik həkim Pedro Di Spaqnadır.

Maradonanın qızlarından biri Dalma məsələ ilə bağlı fikirlərini İnstaqram hesabında yazıb. O, “Dünyanın ən pis 1000 günü… Bir az əvvəl bir kişinin atamın ölmək istədiyi kimi öldüyünü deməsinə qulaq asmalı oldum. Yox, atam ölmək istəmirdi. Üstəlik, siz və komandanız bunu bacardınız. Qiyməti fərdi ödəyəcəksiniz” – sözlərini söyləyib.

Əfsanəvi futbolçunun digər qızı Qainnina isə açıqlamasında, “Bu təkcə şəxsi fikir deyil. Hesabatlarla dəstəklənən bir faktdır. Atam olduğun üçün təşəkkür edirəm. Hər gün bir az daha çox darıxıram. Dalma və mən dayanmayacağıq” – deyib.  (Qaynarinfo)

 

Tacxeber.com

Oxşar xəbərlər