• 23 Noyabr 2024 05:34

“Facebook” Araik Arutyunyanın səhifəsini SİLDİ

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni separatçı-terrorçu rejiminin tör-töküntülərinin rəhbəri Araik Arutyunyanın rəsmi feysbuk səhifəsi Azərbaycan tərəfinin davamlı şikayətləri nəticəsində silinib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onun səhifəsinə bir neçə ay ərzində aktiv şikayətlər daxil olub, nəticədə səhifədə yazıların görünməsinin azalması, müxtəlif funksiyaların əlçatmazlığı şəklində tədricən məhdudiyyətlər tətbiq edilib. Son şikayətlər nəticəsində avqustun 26-da səhifə tamamilə əlçatmaz olub.

Tacxeber.com

Oxşar xəbərlər