• 23 Noyabr 2024 01:04

Pakistanda 180-dən çox insan bu səbəbdən öldü

Pakistanın Bəlucistan əyalətində güclü yağışlar nəticəsində son bir neçə həftə ərzində mövsümi daşqınlar 186 nəfərin həyatına son qoyub.

Tacxeber.az  xəbər verir ki, bu barədə “Dunya Nyus” məlumat yayıb.

Pakistanın fövqəladə hallar xidmətlərinin məlumatına görə, əyalətdə yağışlar və daşqınlar nəticəsində 85 kişi, 45 qadın və 56 uşaq həlak olub. 75 nəfər isə yaralanıb.

Həmçinin, 23 min başdan çox mal-qara və ev quşlarının tələf olduğu, 18 mindən çox evin dağılıb və ya zədələndiyi, 16 körpününsə sıradan çıxdığı bildirilir.

Ölkə üzrə iyul ayından bugünədək qurbanların sayı 700 nəfəri keçib.

Qeyd edək ki, daşqın və torpaq sürüşmələrinin artmasının səbəbi Cənubi və Cənub-Şərqi Asiyada musson yağışların normadan 30-40% daha çox yağmasıdır.

Xatırladaq ki, Bəlucistan əyalətində bu gün daha 8 nəfər sel nəticəsində həyatını itirib.

Oxşar xəbərlər