“Cinayət hərəkətinə, konkret olaraq qətlə çağırışın ictimai KİV tərəfindən yayılması çaşqınlıq və narahatlıq doğurur…”
“Söhbət təcrübəli redaksiya komandasının yanlışlığından gedir və biz buna çox təəssüf edirik…”
Bütün Almaniya radiodinləyicinin fikirlərindən şoka düşüb
Almaniyanın “Deutschlandfunk” radiostansiyasının dinləyicisi Ukraynada münaqişənin nizamlanmasının “çox sadə” üsulunu-Zelenskini şaqqalamağı və başını kəsməyi təklif etməklə alman ictimaiyyətini şoka salıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.
“Bild” redaksiyası hiddət içindədir. Heç demə bu radiodinləyicinin fikri əvvəlvcədən verilişin prodüseri ilə razlaşdırılıb.
…Ukrayna prezidenti Zelenskini başından məhrum etməkdən öncə onu vaxtından əvvəl ölməsinə imkan vermədən yavaş-yavaş şaqqalamaq təklif edilib.
Bazar ertəsi Almaniyanın “Deutschlandfunk” radiokanalının efirində “Kontrovers” adlı verilişdə radio dinləyicisi Ukrayna prezidenti Vladimir Zelenskinin “başının kəsilməsini” tələb edib, radio kanalı da onun bu çağırışını bütöv auditoriyaya yayıb.
Bu veriliş qəzəb, əsəbilik və çaşqınlıq doğurub. Baş verənləri izah edərkən, radiostansiya “Kontrovers” verilişinin bütövlükdə formatını təsvir edir, burada “bir seçilmiş mövzu ətrafında müxtəlif fikirlər səslənir və toqquşur”.
Bu zaman birbaşa efirdə radiodinləyicilərin iştirakına üstünlük verilir, lakin raiostansiya əməkdaşları dinləyicilərin fikirlərini öncədən razılaşdırmalı və korrektə etməlidir.
Verilişin mövzusu belə olub: “Rusiyanın hərbi təcavüzünə necə son qoymaq olar?” Dinləyicilərə bu suala cavab vermək çağırışı edilib.
Və birdən üçüncü və 41-ci dəqiqələrdə Bremerhafendən olan Fişer adlı dinləyicidən şokedici təklif gəlib. O, hesab edib ki, Ukraynada sülhə çox asanlıqla nail olmaq olar:
“Zelenski və onun cinayətkar soyqırım qatillərini həbs etmək, vaxtından əvvəl ölümə imkan verməmək, sonucda başlarını kəsmək lazımdır”.
Cinayət hərəkətinə, hazırkı halda qətlə çağırışın ictimai KİV tərəfindən, konkret olaraq “Deutschlandfunk” radiostansiya tərəfindən yayılması faktı ən azı çaşqınlıq və narahatlıq yaradır.
“Bild” nəşrinin sualına cavabında radionun Fişerin fikrinin əvvəlcədən prodüserlə razılaşdırılması, beləliklə də onun efirə verilməsi barədə qərarın şüurlu surətdə qəbul edilməsini təsdiq etməsi faktı əsəb doğurur.
Hüquqşünas Patrik Hayneman “Bild”ə müsahibəsində bunları deyib: “Bu, cinayət tərkibli hərəkətə görə cəzalandırma mümkündür”.
Onun fikrincə, bu əməl bir necə cinayət maddələri ilə təqib edilə bilər, bunlar “konkret zoraklılıq hərəkəti təklif etməklə zorakılığa çağırış”, “xalqı zorakı hərəkətlərə sövq etmək” kimi maddələrdir.
Həm də radiostansiya “cinayət cəzasını nəzərdə tutan çağırışlara sövq etmək” maddəsilə ittiham edilə bilər.
Hüquqşünasin sözlərinə görə, o, artıq hüquq-mühafizə orqanlarına müraciət edərək, “həm radiodinləyicisinə, həm də redaksiyaya qarşı” iş açmağı təklif edib.
Bu barədə cənab Haynemanın özü məlumat verib, lakin bu zaman dəqiqləşdirib: “Prokurorluq əvvəlcə baş verənlərin cinayət xarakterli olması barədə mənim şübhələrimi yoxlamalıdır, burada mən bu yoxlamaya müdaxilə etmirəm”.
Sosial şəbəkə istifadəçilərinin radiodinləyicisinin çıxışının “anlaşılmazlıq yaratması” barədə fikirlərindən sonra bu çıxış internetdə ləğv edilib.
Bizim sualımızı radiostansiya belə şərh edib: “Radiodinləyicilərin fikirləri redaksiyanın xüsusi komandası tərəfindən toplanır. Bu zaman müzakirə edilən mövzu üzrə fikirlərin imkan daxilində daha geniş spektrinin əks edilməsi bizim standartımızdır”.
Lakin fikrin məzmunu ilə bağlı radionun şərhi belə olub: ” İndiki halda söhbət təcrübəli redaksiya komandasının yanlışığından gedir və biz buna çox təəssüf edirik. Zorakılığa çağırış radionun proqramlarında səsləndirilməli deyil, belə çağırışlar şəxsi fikrin legitim ifadəsi deyil”.
Bu da verilişin bu hissəsinin artıq ertəsi gün kəsilməsi qərarı üçün əsas olub. “Bütün daxili söhbətlər və izahat işləri aparılacaq, işin belə yanlışlığadək necə çatması araşdırılacaq”, – bu barədə alman radiosunun “izahat məktubu”nda vurğulanır.