• 20 Sentyabr 2024 01:34

Zelenskinin ofisi: “Müharibə bir anda bitəcək”

“Ukraynalılar çətin ki, Rusiyadan hər kilometr məsafəni qanla geri qaytarmalı olsunlar, çünki müəyyən şərtlər daxilində hadisələr başqa cür dönəcək”.

Bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Mixaylo Podolyak sosial şəbəkə hesabında bildirib.

 

O hesab edir ki, müəyyən şərtlər altında hadisələrin dinamikası dəyişəcək və Ukrayna mütləq hər kilometri qanla geri qaytarmayacaq. O, xüsusilə Ukrayna qoşunlarının cənuba doğru irəliləməsi və Krımla inzibati sərhədə yaxınlaşması ilə hadisələrin fərqli xarakter alacağını vurğulayıb.

“Sonunda hər şey başladığı kimi tez və bir anda bitəcək”, deyə – Podolyak qeyd edib.

Prezident aparatının rəhbərinin sözlərinə görə, Rusiya prezidenti Putinin ölkə daxilində hazırkı legitimliyi elitanın hələ müharibəni uduzmadığına inamına əsaslanır. Podolyak onu da qeyd edir ki, Kreml qaçılmaz nəticələrin fərqindədir:

“Rusiya ərazilərə nəzarəti nə qədər itirirsə, Rusiya hökuməti də bir o qədər çox dəstəyi itirir”, – deyə Podolyak əlavə edib. (Konkret.az)

Tacxeber.com

Oxşar xəbərlər