• 19 Sentyabr 2024 20:26

Kreml: Putin Priqojinin dəfnində iştirak etməyəcək

 

“Rusiya Prezidenti Vladimir Putin “Vaqner”in yaradıcısı Yevgeni Priqojinin dəfn mərasimində iştirak etməyəcək”. 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında bildirib.

“Dəfnlə bağlı bizə məlumat verilməyib. Bu mövzuda qərarları ailə və dostlar verir. Onlarsız heç nə deyə bilmərik. Prezidentin mərasimdə iştirakı nəzərdə tutulmayıb”,- deyə o əlavə edib.

Xatırladaq ki, “Vaqner”in lideri Yevgeni Priqojin və ekipaj üzvləri də daxil olmaqla 10 nəfərin olduğu şəxsi təyyarə Moskva yaxınlığındakı Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə Priqojin də daxil olmaqla 10 nəfər həlak olub.

Tacxeber.com

Oxşar xəbərlər