• 04 Dekabr 2024 23:20

Ukrayna Rusiyanın 7 vilayətinə PUA hücumu etdi

 

Avqustun 29-dan 30-na keçən gecə Rusiyanın ən azı yeddi bölgəsinə PUA hücumları olub. Nəticədə 4 İl-72 hərbi təyyarəsi xəsarət alıb, yanğınlar baş verib.

Tacxeber.com “rbc”yə istinadən xəbər verir ki, aqustun 29-da axşam saatlarında Pskovda hərbi-mülki aerodrom hücuma məruz qalıb. Orada yanğın başlayıb və yanğın artıq lokallaşdırılıb. Qubernator Mixail Vedernikovun sözlərinə görə, ölən və xəsarət alan yoxdur. Avqustun 30-u üçün hava limanında uçuşlar təxirə salınıb.

TASS-ın məlumatına görə, dörd İl-76 hərbi-nəqliyyat təyyarəsi zədələnib. Yerli Fövqəladə Hallar Nazirliyi təyyarələrin alışdığını təsdiqləsə də, onların sayını dəqiqləşdirməyib.

Müdafiə Nazirliyi Bryansk vilayətində üç PUA vurulduğunu bildirib.

Bryansk qubernatoru Aleksandr Boqomazın sözlərinə görə, PUA-nın inzibati bina ya düşməsindən sonra yanğının başlayıb.

Oryol vilayətində PUA hücumu qeydə alınsa da, itkilər barədə məlumat verilmir.

Kaluqa vilayətinə hücum edən PUA neft məhsullarının saxlanan çənə düşüb və yanğın baş verib.

Ryazan və Sevastopoldakı körfəzdə dənizdən PUA hücumu dəf edilib.

Moskva isə hər zaman olduğu kimi ötən gecə də PUA hücumuna məruz qalıb. Mer Sergey Sobyaninin sözlərinə görə, PUA hücumu zamanı Moskva vilayətində ölən və dağıntı yoxdur.

“Rosaviatsia” xəbər verir ki, PUA hücumu fonunda 11 sərnişin reysi Moskvanın Vnukovo, Şeremetyevo, Domodedovo hava limanlarından, həmçinin Jukovski hava limanından başqa hava limanlarına yönləndirilib.

Tacxeber.com

Oxşar xəbərlər