• 04 Dekabr 2024 22:54

“Aman Allah, indicə xanımın beynində nə aşkar etdiyimə inanmayacaqsınız!..”

“Bu parazit qurd xalçalı pitonların həzm yolunda yaşayır, qadın ilanın ifrazatı ilə yoluxmuş bitkini yeyərkən təsadüfən qurd yumurtalarını udub…

Neyrocərrahlar təbabət tarixində ilk dəfə olaraq pasiyentin beynindən 8 sm uzunluğunda qurd çıxarıb

Avstraliya sakininin beynində canlı parazit qurdu aşkar edilib. Belə xoşagəlməz tapıntı dünyada ilk dəfə olaraq baş verib.

Tacxeber.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat verib.

Avstraliyanın Yeni Cənub Uels ştatından olan 64 yaşlı qadın 2021-ci ilin yanvarında üç həftə davam edən qarın ağrıları və ishaldan sonra daimi quru öskürək, qızdırma və gecələr tərləmə əlamətlərilə yerli xəstəxanaya yerləşdirilib. 2022-ci ildə bu əlamətlərə unutqanlıq və depressiya əlavə olunub.

Maqnit-rezonans tomoqrafiya (MRT) müayinəsinin köməyilə aparılan müayinə göstərib ki, onun beyninin zədələnmiş sağ payında hərəki olan helmint (qurd) yaşayır.

Yeganə variant cərrahi müdaxilə olub və həkimlər uzunluğu 8 sm və diametri 1 mm olan “Ophidascaris robertsi” dairəvi qurdu uğurla kənar edib.

Bu, təbabət tarixində misli görünməmiş haldır, çünki adətən bu parazit qurd Avstraliyanın Yeni Cənub Uels ştatında xalça pitonlarının həzm yolunda yaşayır.

“Aman Allah, indicə xanımın beynində nə aşkar etdiyimə inanmayacaqsınız, o, canlıdır və qıvrılır!” – bunu neyrocərrah, doktor Hari Priya Bandi  deyib.

“Neyrocərrahlar müntəzəm olaraq baş beyin infeksiyaları ilə üzləşir, amma bu, nadir tapıntıdır. Heç kim bunu gözləməyib”, – o, əlavə edib.

Kanberra xəstəxanasının infeksionisti Sandcaya Senanayakenin sözlərinə görə, pasiyent qadın xalça pitonlarının yaşadığı gölün yaxınlığında yaşayır.

İlanlarla birbaşa təmasda olmasa da, o, kulinariyada istifadə etmək üçün yerli otlar toplayıb. Həkimlər güman edir ki, qadın ilan ifrazatı ilə yoluxmuş bitkini yeyərkən qurdun yumurtalarını təsadüfən udub.

Senanayake deyib ki, pasiyent qadın hazırda özünü yaxşı hiss edir və sağalmaqdadır. Lakin o, bədəninin müxtəlif hissələrinə, məsələn, qara ciyərə daxil ola biləcək sürfələrdən müalicə olunmalıdır.

“Əvvəllər heç bir pasiyentin bu parazitdən müalicə olunmadığını nəzərə alsaq, biz çox ehtiyatlı davranmalıyıq.

Məsələn, bəzi dərmanlar iltihaba sövq edə bilər, çünki sürfələr tələf olur və bədəndə qalır. Əlavə dərmanlar təyin edilməlidir ki, istənilən yan təsirləri neytrallaşdırmaq mümkün olsun”, – Sancaya Senayanake qeyd edib

Bu sensasiyalı hadisə barəsində tibb işçiləri elmi məqalə yazıb və tapıntının fotosunu göstərib.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzin məlumatına görə, insanlarda meydana çıxan infeksion xəstəliklərin üçdə bir hissəsi heyvanlardan keçir. Lakin belə yoluxma halı ilk dəfədir ki, qeydə alınıb.

“Ophidascaris” infeksiyası insandan insana keçir, ona görə də bu pasiyentin halında pandemiya yaranmayacaq.

Lakin həkimlər indi anlayır ki, ilanlardan parazıtlərə yoluxmaq təkcə nəzəriyyədə deyil, praktikada da ehtimal oluna bilər”, – mütəxəssislər deyib.

Tacxeber.com

Oxşar xəbərlər