• 12 Dekabr 2024 03:40

Zaxarova: İrəvan Laçın yolunu Azərbaycan ərazisi kimi tanıyır, razılaşmalar icra olunmalıdır 

 

Laçın yolundakı mövcud vəziyyət Ermənistanın Azərbaycan ərazisinin bir hissəsi kimi tanınmasının nəticəsi idi. 

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Laçın yolunda yaranmış vəziyyəti şərh edərkən deyib.

“Bu, 2022-ci ilin oktyabrında, 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında iki ölkə liderlərinin iştirakı ilə keçirilən sammitin sonunda qeydə alınıb. Bu, Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin iyulun 15-də verdiyi bəyanatda açıq şəkildə qeyd olunub. Bu kontekstdə məsuliyyəti Rusiyanın sülhməramlı kontingentinin üzərinə qoymaq, məncə, yersiz və əsassızdır”, – o qeyd edib.

Rus hərbi kontingentinin missiyasına gəldikdə Zaxarova deyib ki, İrəvan və Ermənistan hakimiyyəti tərəfindən Qarabağın Azərbaycana mənsubluğunun tanınması nəticəsində yaranmış yeni şəraitdə onların işi Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək, o cümlədən Bakı və Xankəndi arasında birbaşa dialoqa yardım göstərməkdir.

Zaxarova onu da əlavə edib ki, ən yaxşı variant ən yüksək səviyyədə təsdiqlənən razılşamalar var və onları həyata keçirmək lazımdır. “Daha başqa yozumlarla məşğul olmamalı, yeni konstruksiyalar icad edib, üçüncü, beşinci tərəfi cəlb edib, zəncirvari sistem yaratmaq lazım deyil”, – o vurğulayıb.

İrəvanı ittiham edən Zaxarova deyib ki, yaranmış vəziyyət Ermənistan rəhbərliyinin mühüm məsələlərlə bağlı mövqeyində 180 dərəcə köklü dəyişikliklər baş verməsi nəticəsində olub: “Amma bu, İrəvanın, onların daxili qərarlarının verilməsi məsələsidir və s. Amma elə öhdəliklər var ki, onlar əldə olunub və imzalarla təsdiqlənib”.

Tacxeber.com

Oxşar xəbərlər