“Araz” supermarketdə müştərilərin aldadılması ilə bağlı sosial şəbəkədə video yayılıb.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın 20-ci Sahə ərazisində yerləşən filialından gedir.
Belə ki, piştaxtaya yığılan peçenyelərin qiymətləri və çəkiləri oxşardır. Lakin tərəzidə çəkilən zaman məlum olur ki, hər qablaşdırılmış peçenyenin çəkisində 250-300 qram fərq var.
Bu isə istehlakçıların aldadılması və pullarının mənimsənilməsi deməkdir.