• 12 Dekabr 2024 03:39

Kişmiş suyunun sağlamlığa faydaları – VİDEO

Kişmiş suyu müxtəlif xəstəlik və pozulmalar zamanı təbii müalicəvi vasitə kimi uğurla istifadə olunur.

kismis-suyunun-saglamliga-faydalari

 

Kişmiş suyu sinir sisteminə və ürəyə çox müsbət təsir edir, limfa damarlarını, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir.

Kişmiş suyu kaliumla zəngindir. Bu mineral ürək əzələsinin normal fəaliyyəti üçün çox vacibdir. Kişmiş suyu ürək xəstəliklərindən əziyyət çəkən insanlara çox yaxşı kömək edə bilər.

Həmçinin kişmiş suyu qəbizlik zamanı da yaxşı kömək edir. Kişmiş suyunda olan kalium bağırsaqların normal fəaliyyəti üçün ən vacib olan maddədir. Bir çox hallarda məhz kalium çatışmazlığı qəbizliyə səbəb olur.

Kişmiş suyu həmçinin qanazlığından əziyyət çəkənlər üçün çox faydalıdır, onun tərkibində xolesterini aşağı salan və xərçəng əleyhinə maddələr var.

Kişmiş suyu yuxunun tənzimlənməsinə kömək edir, sinr sistemini sakitləşdirir, baş ağrılarını azaldır.

Zəhərləmə zamanı kişmiş suyunun qəbulu orqanizmdən toksinlərin xaric olunmasını sürətləndirir.

Soyuqdəymə, öskürək və bronxit zamanı kişmiş suyu çox yaxşı müalicəvi təsir edir.

Vitaminlər və minerallarla zəngin olan kişmiş suyu immun sistemini möhkəmləndirir, qaraciyəri təmizləyir, bu orqanın fəaliyyətini yaxşılaşdırır.

Dəmləməni hazırladıqdan əvvəl kişmişi yaxşı yumaq lazımdır. Kişmiş suyu bəzi xəstəliklər zamanı (şəkərli diabet, piylənmə) istifadə olunmur.

Kişmiş suyunu hazırlamaq üçün axşamdan 1 ovuc kişmiş təmizləyin, yaxşı yuyun, termosa tökün və üzərinə 1 stəkan qaynar su tökün. Kişmiş suyunu həm acqarına, həm də gün ərzində içmək olar. (sağlam saat)

Tacxeber.com

Oxşar xəbərlər