• 21 Sentyabr 2024 21:34

Narkoman, “alkaş”, bivec meyxanaçılar: Onlar niyə çoxalıb?

Narkoman, “alkaş”, bivec meyxanaçılar: Onlar niyə çoxalıb?

Son zamanlar ölkəmizdə narkotik istifadəçilərinin sayında kəskin artım olması sirr deyil. Onların arasında bəzi sənət adamları, meyxanaçılar da var. Hətta müəyyən tanınmış meyxanaçıların məhz bu səbəbdən vəfat etdikləri bildirilir. 

Bir neçə gün öncə bloqer Nail Kəmərlinin meyxanaçı Cavid Dağlının narkomaniyaya qurşandıqdan sonrakı halını paylaşması cəmiyyətdə müzakirələri yenidən qızışdırdı.

Sosial şəbəkələrdə gənc meyxanaçıların bu səhəyə kriminal elementlər, pis vərdiş və söyüş gətirdikləri iddia olundu. Həqiqətənmi meyxana sənəti narkotik dünyası ilə niyə bu qədər bağlıdır?

Niyə ağsaqqal meyxanaçılar gəncləri tənbeh etmirlər?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış meyxanaçı Ağamirzə Məmmədov bildirib ki, belə adamlar ağsaqqal sözü dinləmirlər:

“Vallah, böyüklərin əlində bir ixtiyar yoxdur ki, kiməsə “Ay filankəs, belə  şey etmək olmaz, sən buna görə meyxana meydanlarında olmamalısan, bu cür tanınmamalısan” desin. Belə bir ixtiyar olmadığı üçün kim nə istəyir edir.

Birincisi, bu cür insanlar böyüklərin sözünü dinləmirlər. ikincisi də ki, bir deyil, iki deyil, hansı birinə deyəsən? Həm də adamın əlində səlahiyyət, rəhbərlik olmalıdır ki, onlara nə isə deyə biləsən”.

Söz ustadı bildirib ki, bir-iki nəfərə görə ümumi sahəni pisləmək, hər kəsi ittiham etmək düzgün deyil:

“Amma belə şeylər, pis vərdişlərə qurşanma tək-tük hallarda olur. Meyxana deyənlərin çoxu namaz qılan, oruc tutan, dindar insanlardır.

Şükür Allaha, mənim yanıma tələbə kimi gələn gənclər hamısı dinli-imanlı, vətəni sevən şəxslərdir. Bu günə kimi tələbələrimin içərisində pis vərdişləri olanı olmayıb, bu gün də yoxdur. Meyxana sənəti narkotik dünyası, kriminal aləmlə bağlıdır deyə düşünmək yanlışdır. Ədəbiyyatın xüsusi istedad tələb edən bu səhəsini çirkləndirən bir-iki nəfər var, amma bu, o demək deyil ki, bütün sahəni bu cür ümumiləşdirəsən. Bir nəfəri görən kimi camaat birinin üstünə beşini də qoyub başlayır ictimailəşdirməyə və meyxana sənətini hədəf göstərməyə”.

Tacxeber.com

Oxşar xəbərlər