• 21 Sentyabr 2024 07:13

“Araik Arutyunyanın Paris meri ilə onlayn görüş keçirməsi Rusiyanın xoşuna gəlməyib…”

“Afrika və Qarabağda hakimiyyətin dəyişməsi Fransa və Avropa İttifaqına regionda kimin “ağa” olduğunu göstərməlidir…”

Bu gün – sentyabrın 1-də istefa ərizəsini Xankəndindəki qanunsuz “qanunverici” orqana təqdim etmiş 32-ci ildir ki, Kremlin dəstəyi ilə qondarılmış separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın istefaya  getməsinin səbəbləri haqda həm Azərbaycan, həm erməni tərəfdə müxtəlif maraqlı versiyalar səslənməkdədir.

Hadrut şəhərinin qondarma “mer”i,  qanunsuz “anti-böhran şurası”nın üzvü Vaan Savadyan əmindir ki, Arutyunyanın istefasında “Rusiya təzyiqi” müşahidə oluna bilər. Onun fikrincə, “Artsax prezidentinin  Ermənistanın Gorunzur (“Kornidzor”) kəndinə humanitar yüklə gələn Fransa nümayəndə heyəti, o cümlədən Paris meri ilə onlayn görüş keçirməsi Rusiyanın xoşuna gəlməyib.

Tacxeber.com xəbər verir ki, V.Savadyan bu fikri “Kavkazskiy uzel” nəşrinə açıqlamasında söyləyib.

“Humanitar yüklə Kornidzora gələn Fransa nümayəndə heyəti ilə konfrans fonunda Arayik Arutyunyan gözlənilmədən istefa verdiyini açıqladı. Mən burada Rusiyanın təzyiqini görürəm, çünki proses Fransayönlü Afrika ölkələrində çevrilişlərin davam etdirilməsinə çox bənzəyir. Afrika və Qarabağda hakimiyyətin dəyişməsi Fransa və Avropa İttifaqına regionda kimin “ağa” olduğunu göstərməlidir”, – Savadyan belə deyib.

Tacxeber.com

Oxşar xəbərlər