• 21 Sentyabr 2024 22:05

“Ukraynanın əks-hücumu: müttəfiqlər nə düşünür?” – “Bloomberg”

“Ukrayna Silahlı Qüvvələri cəbhədə irəliləyir, ukraynalılar təcavüzkar üzərində qalib gəlmək üçün igidlik və qətiyyət nümayiş etdirir…”

“Ukraynada müharibədən sonrakı bərpa prosesi ölkədə cəzbedici investisiya mühiti yaradacaq…”

“Kiyev böyük həcmdə maliyyələşmə və Avropa Birliyinə daxil olmaq üçün korrupsiyaəleyhinə islahatlara ciddi yanaşmalıdır…”

ABŞ-ın Avropa İttifaqındakı nümayəndəsi Mark Qitenştayn Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücumunun templəri barədə narahatlığı təkzib edib.

Bu barədə o, “Bloomberg” nəşrinə müsahibəsində bəyan edib.

Öz müsahibəsində o, ABŞ və müttəfiqlərinin ikinci dünya savaşında üzləşdiyi problemi xatırladıb.

Səfirin sözlərinə görə, ukraynalıların “qələbə qazanmaq üçün igidliyi, stimulu və qətiyyəti var və onlar buna nail olacaq”.

Hücum əməliyyatlarının başlanmasından iki ay sonra Ukraynanın müttəfiqlərinin USQ-nin irəliyə getmə templərilə bağlı narahatlıq keçirdikləri barədə məlumat üzə çıxıb.

O cümlədən, onlar uzunmüddətli mübarizənin Rusiya prezidenti Vladimir Putinin mövqelərini möhkəmləndirə biləcəyindən, guya, ehtiyat edir.

Eyni zamanda, Qitenştayn bu mübarizəni ABŞ və müttəfiqlərinin ikinci dünya savaşında qəti qələbədən öncə üzləşdiyi vəziyyətlə müqayisə edib.

“Bizim məyusluq içində əlimiz-qolumuz bağlanardı”, – diplomat vurğulayıb.

Səfir ivestorlara Ukraynada imkanlar axtarmağa çağırış edib, çünki müharibədən sonra bərpa prosesi ölkədə cəzbedici investisiya mühitini yarada bilər.

“Bu, Marşall planı zamanından ən böyük cəhd olacaq”, – Qitenştayn qeyd edib.

Bu zaman o, vurğulayıb ki, Kiyev böyük həcmdə maliyyələşmə və Avropa Birliyinə daxil olmaq üçün şərt olan korrupsiyaəleyhinə islahatlara ciddi yanaşmalıdır.

Onun sözlərinə görə, korrupsiyaəleyhinə rejimlər, şəffaflıq, səhmlər bazarlarının tənzimlənməsi və möhkəmləndirilməsi Ukraynaya kapitalı cəlb etmək üçün həlledici üsullardır.

Bu yaxınlarda “Bloomberg” yazıb ki, Ukraynanın Avropa müttəfiqləri USQ-nin əkshücumunun templərinin ləng olmasından ehtiyat edir.

Belə ki, onlar ehtiyar edir ki, qışadək xeyli irəliləyişin olmayacağı təqdirdə ABŞ Ukraynaya fəal dəstəyini dayandıra bilər, Avropa isə Ukrayna ordusunun tələbatlarını təmin etmək iqtidarında deyil.

Bu gün “The New York Times” qəzeti məlumat verib ki, USQ Zaporojye vilayətində az da olsa, əhəmiyyətli uğurlar qazanıb və bunu daha da irəliləyərək Rusiya ilə işğal altında olan Krım arasında quru yol dəhlizinə çıxmaq üçün istifadə etməyə cəhd göstərir.

Bu zaman “The Wall Street Journal” nəşri yazır ki, Ukrayna amerikalıların məsləhətlərini dinləsəydi, onun döyüş gücü sarsıla bilərdi. (moderator.az)

Tacxeber.com

Oxşar xəbərlər