• 21 Sentyabr 2024 13:36

Rüşvətin dindəki yeri.

Sual: Rüşvətin dindəki yeri nədir?

CAVAB:

Dinimiz qəsb edilmiş malı və zülm, oğurluq ilə alınan, rüşvət, faiz, qumar və digər xəyanət yollarından biri ilə ələ keçən qazancın yeyilməsini və başqalarına yedirilməsini qadağan etmişdir. Qurani-kərimdə məalən buyurulur ki:

“Bir-birinizin mallarını, aranızda [qumar, saxtakarlıq, oğurluq, qəsb, rüşvət kimi] batil səbəblərlə yeməyin!” [Bəqərə 188]

Haqsızı haqlı, səhvi doğru, pisi yaxşı, ləyaqətsizi ləyaqətli göstərmək üçün bir kimsədən pul, mal almaq rüşvətdir. Belə yalnış hərəkət üçün, pul, mal verilməsinə vasitə olmamaq lazımdır! Çünki hədisi-şəriflərdə buyuruldu ki:

“Rüşvət alana, verənə və bunlar arasında rüşvətə vasitə olana da Allah lənət etsin.” [Hakim]

“Rüşvət alan da, verən də Cəhənnəmdədir.” [Tabərani]

Qızın atasının və ya qohumunun, qızı verməyə razı olmaları üçün kürəkəndən istədikləri pul və ya mal rüşvət olur.

Ayaq basdı pulu almaq da rüşvətdir, haramdır.

Layiq olmayan adamları işə almaq üçün rüşvət istəmək, ölkə idarəsini uyğun olmayan şəxslərə həvalə etmək deməkdir. Bu da millətin yıxılmasına səbəb olar.

Bir müəllimin, qabiliyyətsiz bir tələbəni rüşvətlə keçirməsi də, layiq olmayan keyfiyyətsiz, şəxslərin iş başına keçməsinə vəsilə olur.

Alt sırada olan bir sənədi, rüşvətlə üstə çıxarıb dərhal işini görmək, digər sırası gələn insanların haqlarına təcavüzdür, zülmdür.

Bir həkimin rüşvət alaraq sağlam məmura hesabat verməsi, nizamın pozulmasının, ölkənin yıxılmasının səbəblərindəndir.

Bələdiyyələrin qanunsuz binalara sənəd verməsi və ya sənədsiz tikililərə rüşvət alaraq göz yumması və ya daha başqa şəkildə rüşvət alması vəzifəyə xəyanətdir.

Dinsiz bir şəxs Allahdan qorxmadığı üçün qanunun görmədiyi yerlərdə hər rəzaləti edə bilər. Fəqət, bir müsəlman Allahu təalanın hər vaxt onu gördüyünü bildiyi üçün rüşvətə qarışmaz və digər günahları işləməz. Əgər müsəlman bir kimsə, rüşvət kimi pis işlərə qarışmışsa, Allahdan qorxmadığı və ya az qorxduğu aydın ola bilər. Bunun üçün müsəlman bir kimsənin rüşvət alması, tək özünü günaha soxmaqla qalmaz, eyni zamanda İslamiyyətə də xəyanətdir. Nəticədə, rüşvət bir milləti maddi və mənəvi çökdürən bir xəstəlikdir. Lazımi orqanlara köməkçi olmaq, hər şəxsin vəzifəsidir.

Dinən böyük günah olub bir millətin fəlakətinə səbəb olan rüşvəti aradan qaldırmaq, ancaq İslam əxlaqına sahib olmaqla mümkündür. Çünki əxlaqlı bir müsəlman haqsızlıq etmədiyi kimi, haqsızlığa da razı olmaz. Müsəlmanda Allah qorxusu olduğu üçün rüşvətə vasitə belə olmaqdan, aslandan, ilandan qaçdığı kimi qaçar. Bu baxımdan uşaqlarımızı, gənclərimizi əxlaqlı yetişdirmək, millət olaraq başda gələn vəzifələrimizdən biridir.

Dövlət məmurlarının vəzifələrini edərkən, vəzifə etdiyi kəslərdən hədiyyə almaları da doğru deyildir. Həzrəti Ömər, dövlət başçısı ikən xanımı ilə bir kəndə gedər. Kəndli qadınlar xanımına müxtəlif hədiyyə verirlər. Evə gəldikləri vaxt, Həzrəti Ömər, xanımına, “Bunları harandan aldın?” deyə soruşar. Xanımı da, “Kəndli qadınlar hədiyyə etdi” deyər.

Həzrəti Ömər, “Mən xəlifə olmasaydım, sənə bu hədiyyələr verilməzdi. Mən xəlifə deyilkən sənə nə üçün hədiyyə vermirdilər” deyərək, verilən hədiyyələri beytül-mala (dövlət xəzinəsi) verər.

Rüşvət, haqsız qazanc yollarından biridir. Bütün dinlərdə günahdır. Rüşvətin yayılması qiyamət əlamətlərindəndir. Hədisi-şərifdə buyuruldu ki:

“Elə bir vaxt gələcək rüşvət hədiyyə adı altında alınıb veriləcək, ibrət olsun deyə, göz dağı vermək üçün günahsız kəslər öldürüləcəkdir.” [İ.Qəzali]

Rüşvət almaq böyük günahdır. Fəqət malını, canını, haqqını və namusunu qurtarmaq üçün istəməyərək rüşvət vermək caizdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Dinini və namusunu malı ilə qoruya bilən bunu etsin.” [Hakim]

“İnsan, şərəfini nə ilə qoruyarsa, o sədəqə olar.” [Əbu Yala]  (gozelislam.com)

Tacxeber.com 

Oxşar xəbərlər