• 27 Noyabr 2024 22:50

Yumurta sarısının rəngi – Bu seçimi səhv etməyin, yoxsa…

 

Yumurtanı bişirmək üçün qırdığınız zaman onun sarısının hansı rəngdə olduğuna diqqət edin.

Bir çoxları bu haqda bilmir və fikir vermirlər. Ancaq yumurta sarısı əslində sarı rəngdə olmamalıdır.

Yumurta sarısının rəngi onu yumurtlayan toyuğun sağlamlığı haqqında çox deyə bilər. Mağazalardan alınan yumurtaların sarısı isə təəssüf ki, hər zaman ideal rəngdə olmur.

Yumurta haqqında düşündükdə ilk ağla gələn həyətdə sərbəst şəkildə gəzən və yediyi buğdadan əlavə otların arasında yemək üçün qida axtaran toyuqlar olur. Ancaq təəssüf ki, mağazada satılan yumurtaların əksəriyyətini böyük hində qapalı vəziyyətdə saxlanılan, günəşi çox az görən və təmiz havada olmayan toyuqlar yumurtlayır.

Əgər toyuğun hansı şərtlərdə saxlandığını bilmək istəyirsinizsə, yumurtanın sarısına diqqət yetirin.

Şəkildəki yumurtalardan hansı daha cəlbedici gəlir?

Əgər ərzaq mağazalarından yumurta alırsınızsa, onda yəqin ki, əksər hallarda şəkildə mərkəzdə yerləşən yumurta sarısı ilə rastlaşırsınız. Çünki mağazada satılan yumurtaların çoxu solğun sarı rəngdə olur. Bu o deməkdir ki, onu yumurtlayan toyuq ancaq süni yem yeyib və daim oturaq vəziyyətdə olub.

İnanılması çətin olsa da, əslində ən ideal yumurta sarısı tünd narıncı rəngdə olandır. Şəkildə soldakı yumurta kimi…

Əgər yumurta sarısı məhs bu rəngdədirsə, böyük ehtimalla, onu həyətdə sərbəst şəkildə gəzən toyuq yumurtlayıb. ENC mərkəzinin sağlam qidalanma proqlamları üzrə rəhbəri Hilari Tesmarın fikrincə, həyətdə sərbəst gəzən toyuqlar daha çox piqmentli məhsullar yeyir ki, bu da yumurtanın sarısında əks olunur.

Toyuğun nə ilə qidalandığı nəyə görə önəmlidir?

Ən azından ona görə ki, bu, yumurtanın qida dəyərinə birbaşa təsir göstərir.

Rəngindən asılı olmayaraq yumurtaların hamısı demək olar ki hər zaman eyni miqdarda zülal və yağ tərkibinə malik olur. Lakin tünd rəngdə yumurta sarısı yumurtada yetərli miqdarda ksantofillər və Omega-3 yağlarının olduğunun göstəricisidir. Ksantofillər həmçinin ispanaq, kələm, kabaçki və brokolinin tərkibində mövcuddur. Omega-3-ün insan orqanizminə faydaları isə hamıya məlumdur.

Bundan əlavə Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərib ki, tünd rəngdə sarısı olan yumurtalar daha çox A, D və E vitaminləri, həmçinin çox miqdarda beta-karoten tərkibinə malikdir.

Beləliklə, əgər yumurtanın tərkibində bu maddələr yoxdursa və ya azdırsa (necə ki, açıq, solğun rəng buna sübutdur), o zaman həmin yumurtanı yeməyin elə bir əhəmiyyəti yoxdur, çünki onun orqanizmə faydası olmayacaq.

Tacxeber.com

Oxşar xəbərlər