Endokrinoloq-diyetoloq Sayına Qoqoleva payızda immuniteti yaxşılaşdırmaq üçün C vitamini ilə zəngin meyvə və tərəvəz yeməyi məsləhət görüb.
Tacxeber.com xəbər verir ki, bu barədə Lenta.ru-ya danışan diyetoloq sitrus meyvələrinin, gül kələminin, bolqar bibərinin, narın, heyvanın və almanın faydalarını xüsusilə vurğulayıb. Qoqoleva izah edib ki, C vitamini toxumalarda oksidləşdirici stresslə mübarizə aparan və onları oksigenlə doyuran sərbəst radikalları bədəndən çıxarmağa kömək edir.
Bundan əlavə payızda qida rasionunuza A, E və K vitaminləri ilə zəngin olan balqabaq, şalgam, qırmızı balıq və qoz-fındıq əlavə etməlisiniz. Sümüklərin möhkəmlənməsi üçün lazım olan D vitaminini isə süd məhsullarından, balıqlarından, yumurta və göbələkdən əldə edə bilərsiniz.
Diyetoloq əlavə edib ki, payızda daha çox soğan, sarımsaq və bakterisid və virus əleyhinə təsir göstərən zəncəfil yemək faydalıdır.