• 22 Sentyabr 2024 08:48

Baş hakim telefonla danışdı, penaltini ləğv etdi.

Portuqaliya çempionatının 4-cü turunun “Portu” – “Aroko” matçında oyunun baş hakimi Miqel Noqeyra VAR hakimləri ilə telefonla danışdıqdan sonra qonaqların qapısına təyin olunmuş penaltini ləğv edib.

Tacxeber.com “Sport Bild”ə istinadən xəbər verir ki, görüşün 90-cı dəqiqəsində “Portu” penalti zərbəsi vurmaq hüququ qazanıb. VAR arbitrləri epizodu izləmək üçün Noqeyrnanı monitora çağırıb, lakin texniki problemlər üzündən o, görüntünü görə bilməyib. Uzun fasilədən sonra VAR-da həmkarları ilə əlaqə saxlamaq üçün baş hakimə mobil telefon verilib. O, telefonla danışdıqdan sonra penalti ləğv edilib.

Portuqaliya Primeirasının 4-cü turunun “Porto” – “Aroko” matçı 1:1 hesabı ilə başa çatıb. (qol. az)

Tacxeber.com

Oxşar xəbərlər