Bakı Kommersiya Məhkəməsində dünyanın populyar audit şirkətinin Azərbaycanda törəmə şirkəti olan, ən çox bankların audi hesabatını aparan “Baker Tilly Audit Azərbaycan” QSC-nin (Baker Tilly Azerbaijan) “SOCAR-AQŞ” MMC-yə qarşı məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin edilib.
Qeyd: “Baker Tilly Audit Azərbaycan” QSC “SOCAR-AQŞ” MMC-ni məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.