• 24 Sentyabr 2024 22:32

Özündən 47 yaş kiçik misirli ilə evlənən 84 yaşlı qadın peşman oldu – FOTO

37 yaşlı misirli Məhəmməd İbrahimlə evlənən 84 yaşlı İris Cons adlı britaniyalı qadın etdiyi əməldən peşman olub.

 Xarici KİV-ə istinadla xəbər verir ki, İris ərinin ondan davamlı olaraq pul istədiyini və yaşayış icazəsi almaq üçün istifadə etdiyini iddia edib.

“Məhəmmədlə internet vasitəsilə tanış olmuşam. 2019-cu ilin noyabrında Qahirəyə getdim və onunla görüşdüm. Mən onun kredit kartı borclarını ödədim. Britaniyanın Qahirədəki səfirliyində bir məmur mənə ona pul verməməyimi söyləmişdi. Lakin mən qulaq asmadım və ona 15 000 pound (təx. 32 050 AZN) verdim. Həmişə mənim pulumu xərcləyirdik. Daima məndən pul istəyirdi. Mən pul verməyəndə davalar artırdı.

O məndən yaşayış icazəsi və viza üçün istifadə etdi. Bu, indiyə qədər verdiyim ən çətin qərar idi. Məhəmmədə olan sevgim çox real idi. Amma mən ürəyimin əvəzinə ağlımı dinlədim”.

Qeyd edək ki, İris həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.  (Olke.az)

 

Tacxeber.com

Oxşar xəbərlər