• 24 Sentyabr 2024 20:33

Ruslardan ermənilərə: “Bundan sonra Qarabağda bizə yalvarmayın”

Ruslardan ermənilərə: “Bundan sonra Qarabağda bizə yalvarmayın”

İrəvanı barmaqlarına dolayırlar. Ermənistan Rusiyaya xəyanətin əvəzini çox ağır ödəyəcək”.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiyanın medvejiyugol.ru saytında dərc olunan məqalədə deyilir:

“Köhnə dost iki yeni dostdan yaxşıdır. Təəssüf ki, Rusiyanın bəzi tərəfdaşları son zamanlar bu müdrikliyə nadir hallarda əməl edirlər. Bu, əsasən, yalnız Rusiyanın köməyinə ehtiyac duyduqda baş verir. Digər hallarda Qərbə baxmağa üstünlük verirlər. Bu dəfə Ermənistan Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) üzv olmaq qərarı ilə bunu göstərdi. İrəvanın bu qərarını fayda baxımından izah etmək çox çətindir, amma bunun hələ də böyük problemlərə çevriləcəyini anlamaq üçün əlavə şərhə ehtiyac yoxdur.

İlk baxışdan Ermənistan rəhbərliyinin bu beynəlxalq quruma daxil olması ideyası qeyri-adi bir şey kimi görünmür. Bununla belə, bir detal var: BCM Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərar qəbul edib və həmin sənəd Roma Statutunu imzalayan bütün ölkələrin ərazisində etibarlıdır.

İrəvanın bundan xəbəri var, amma belə bir addım atmağa hazırdır, ona görə də Ermənistan parlamentinə BCM-in Roma Statutunun ratifikasiyası üçün qanun layihəsi göndərilib. Rusiya Xarici İşlər Nazirliyi hələ yazda Moskvanın məsələ ilə bağlı mövqeyi barədə İrəvanı məlumatlandırmışdı. Kreml Avrasiya İqtisadi Birliyindəki tərəfdaşının və KTMT-dəki hərbi müttəfiqinin belə bir addımını tamamilə qəbuledilməz hesab edir. Buna baxmayaraq, Ermənistan hakimiyyəti israrlıdır”.

Politoloq Aleksandr Asafov hesab edir ki, İrəvan bu yolla ABŞ-ın dəstəyini əldə etmək istəyir:

“Ermənistan başa düşür ki, Amerikanın köməyi buna mane olmayacaq. İqtisadiyyatdan tutmuş Azərbaycanla qarşıdurmaya qədər bütün sahələrdə çətin vəziyyətə düşüblər. Ona görə də Ermənistan belə bir siyasi jest edir və amerikalılara üz tutur. Amma bu jestin ABŞ-da qəbul ediləcəyi inandırıcı deyil”.

Sayt qeyd edir ki, Asafovla razılaşmamaq çətindir:

“Vaşinqtonun böyük imkanlarına baxmayaraq, bu gün Ermənistana kömək etmək iqtidarında deyil. ABŞ Ukrayna böhranına ilişib, ardınca Tayvan var, ada ətrafında vəziyyət getdikcə qızışır. Bu baxımdan İrəvan amerikalıların köməyinə ümid bəsləyir, amma onlar bunu çox ağılı şəkildə geri çeviriblər. Yeri gəlmişkən, bütün bunlardan sonra Ermənistanın Qarabağda Moskvaya yalvarmağa heç bir əsası olmayacaq. Xarici dəstək olmasa, sonuncunun Azərbaycanla qarşıdurmada praktiki olaraq heç bir şansı yoxdur. Bütün bunlar bu və ya digər şəkildə İrəvan üçün problem olacaq, xəyanətinin əvəzini ödəyəcək. Həm də ağır formada”./Teleqraf.com

Tacxeber.com

Oxşar xəbərlər