• 24 Sentyabr 2024 22:33

Oğlumun həyatı təhlükədədir” – Qarabağ qazısinin fəryadı

Talassemiya xəstəsi olan qazi övladının həyatı təhlükədə!

“Sosial şəbəkədə qarşıma bir videoçarx çıxdı. Gözəl bir oğlan uşağının gülər üzü məni özünə cəlb etdi. Adı Rüfət olan bu balaca və gözəl oğlan 7 ildir ki, talassemiya xəstəsidir. Yazırdı ki, atası da qazidir”.

Tacxeber.com xəbər verir ki, bunu tanınmış jurnalist Aida Eyvazova sosial şəbəkə hesabında bildirib.

O, əlaqə nömrəsini tapıb Rüfətin atası ilə danışdığını qeyd edib:

“Atası Telman Nuriyev utana-utana danışırdı, səsi titrəyirdi. Dedi ki, Vətən müharibəsi başlayan kimi döyüşə yollanıb. Füzili, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa istiqmətində gedən döyüşlərdə iştirak edib. İndi əlildir. #YAŞAT Fondu bütün qazilər kimi , ona da uyğun köməkliyi edib.

İki övladı var. Qızı talassemiya xəstəliyinin daşıyıcısı, kiçik oğlu isə talassemiya xəstəsidir. Dəfələrlə Heydər Əliyev Fonduna oğluna kömək götərilməsi üçün müraciət edib. Fond sənədlərini aidiyyatı qurumlara, səhiyyə təşkilatlarına göndərib. Deyirlər ki, gözlə. Lakin gözləmək olmur”.

A.Eyvazovanın bildirdiyinə görə, 8 yaşlı Rüfətin səhhəti günü-gündən pisləşir:

“Rüfət keçən ilə qədər Qəbələ rayonundakı 4 saylı orta məktəbdə oxuyurdu. İndi xəstəliyinin ağırlaşması ilə əlaqədar ev dərslərinə keçirilib. Atası Telman Nuriyev Türkiyədən oğluna qan iliyi köçürmək üçün donor tapıb. Ancaq pulunu ödəməyə atanın imkanı yoxdur. 83 min ABŞ dolları tələb olunur. Maşınını, əlində satıla biləcək hər şeyi satıb. Dostlar da bir az yardım edib. Lakin nəbləğin heç 30 faizini toplaya bilməyib”.

Jurnalist deyib ki, qazi Telman Nuriyev oğlunun xilası üçün Azərbaycan xalqından, eləcə də bütün məzlumlara, kimsəsizlərə ANA olmağı bacaran Mehriban xanım Əliyevadan kömək istəyir:

“Donora yetişməyini tez həll etməsək, Rüfəti itirə bilərik. Atası günlərini sayır! İnanıram ki, Mehriban xanım Əliyeva bu qazi qardaşımıza yardım etmək üçün öz dəstəyini əsirgəməyəcək”.

Tacxeber.com

Oxşar xəbərlər