• 23 Sentyabr 2024 09:18

Şahruddin “Qarabağ”la VİDALAŞDI

 

“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə yollarını ayırıb.

Tacxeber.com xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

Qapıçıya xidmətlərinə görə təşəkkür edilib.

Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Demirspor” klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən Ağdam klubunda çıxış edirdi.

Tacxeber.com

Oxşar xəbərlər