• 21 Sentyabr 2024 06:38

“Domino daşı kimi qızsan, əldən-ələ keçirsən” – Aysunun keçmiş əri – VİDEO

 

Bir müddət öncə müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşanan Eşqin Cəlilov paylaşımı ilə gündəmə gəlib. 

Tacxeber.com yenisabah.az-a istinadla xəbər verir ki, boşandıqdan sonra özünü işinə həsr edən Eşqin bu dəfə kədərli görüntüləri ilə izləyicilərinin diqqətini çəkib.

Belə ki, əlində şərab qədəhi, həzin musiqi sədaları altında görüntülərini paylaşan Cəlilovun paylaşımına yazdığı şərh hər kəsi təəccübləndirib.

O, “Daş kimi qızsan, ancaq domino daşı. Əldən-ələ keçirsən…” – , deyə videoya qeyd edib.

İzləyiciləri onun bu sözləri kimə ünvanladığını soruşsa da, Eşqin sualları cavabsız qoyub.

Sözügedən görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər