• 26 Noyabr 2024 08:24

Qazaxda bir ay əvvəl asfalt çəkilən yollar yenidən təmir olunur? – 450 min ayrıldı

Qazax rayonu İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub. 

Tacxeber.com ekonominfo.az-a istinadən xəbər verir ki, tender müsabiqənin qalibi “Ərdagı” MMC (VÖEN – 2300214111) olub.

“Ərdagı” MMC Qaxax şəhərində yolları əsaslı təmir edəcək və qarşılığında 448 min 119 manat 43 qəpik alacaq.

Əsaslı təmi işləri şəhərin 4 küçəsində – H.Z.Tağıyev, Əminə Dilbazi, İsmayıl Qəsəbov və Nizami Gəncəvi küçələrində aparılacaq.

Qeyd edək ki, 4 küçəni 450 min manata təmir edəcək “Ərdagı” MMC 10.12.1992-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat 60 qəpik olan MMC-nin hüquqi ünvanı Gəncə şəhəri, “Asfalt Zavod”da yerləşir. Şirkətin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.

Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, əsaslı təmir olunması nəzərdə tutulan H.Z. Tağıyev və Əminə Dilbazi küçələrinə bir ay əvvəl asfalt örtüyü çəkilib.

Bu barədə məlumat 8 avqust 2023-cü il tarixində Qazax rayonu İcra Hakimiyyətinin rəsmi saytında yayımlanan xəbərdə qeyd olunur.

Onu da bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dünən Qazax rayonunda abadlıq işləriylə bağlı keçirilən bir tenderin nəticəsini ləğv edib.

 

Tacxeber.com

Oxşar xəbərlər