• 25 Noyabr 2024 09:17

Bərdədə rus TIR-ının ilişib qalma sirri bəlli oldu – Erməni deputat açıqladı

 

Ağdam yolu ilə bağlı Rusiya tərəfinin irəli sürdüyü sonuncu təklif Laçın dəhlizi ilə nəqliyyatın hərəkətinin bərpası ilə bir Rusiya Qırmızı Xaç Cəmiyyətinin (QXC) avtomobilinin simvolik olaraq daxil olmasını nəzərdə tuturdu, lakin bu prosesi də uğursuz hesab etmək olar. 

Tacxeber.com xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

Abramyan qeyd edib ki, Rusiya tərəfinin Xankəndiyə təqdim etdiyi təklif Azərbaycanla da razılaşdırılıb, üstəlik, bu təklif Azərbaycanla razılaşdırılmış variant kimi təqdim edilib.

Onun dediyinə görə, razılaşmaya əsasən, Ağdam yolunun açılması, Rusiya TIR-ının arxasınca Azərbaycanın yük maşınlarının Xankəndiyə daxil olması nəzərdə tutulub. Xankəndidəki xunta rejimi Rusiya maşınını qəbul etməyə hazır olsa da, Bakıdan göndərilən yükləri qəbul etməyi məqbul hesab etməyib və Bakının təklifindən imtina edib.

“Ona görə də prosesi uğursuz hesab etmək olar”, – deyə erməni deputat vurğulayıb.
O eyni zamanda əlavə edib ki, Xankəndidəki xunta rejimi bəzi məsələlərlə bağlı danışıqlara hazır olduğunu bildirib. Yaranmış hərbi-siyasi vəziyyəti kifayət qədər gərgin adlandıran Abramyan əlavə edib ki, bu, çox arzuolunmaz hadisələrə gətirib çıxara bilər.

P.S: Qeyd edək ki, bu dəfə də humanitar missiyadan imtina edən və növbəti razılaşmanı pozan tərəf Xankəndidəki terrorçu rejim oldu. Əgər onlar “aclarından” ölürsə, niyə humanitar yükdən imtina etdilər.

Tacxeber.com

Oxşar xəbərlər