• 21 Sentyabr 2024 07:16

Portuqaliyada şərab çəninin aşması maraqlı görüntəyə səbəb olub – VİDEO

 

Portuqaliyanın Sao Lourenco do Bairro şəhərində Levira içki zavoduna məxsus iki çən aşıb. 

Tacxeber.com “Haberler.com”a istinadla xəbər verir ki, hadisə nəticəsində çənlərdəki 2,2 milyon litr şərab şəhərin küçələrinə axıb.

Səlahiyyətlilər içkinin Certima çayını çirkləndirməsinin qarşısını almaq üçün tarlalara yönəltməli olub.

Şirkət hər kəsdən üzr istəyib.

“Biz təmizləmə və təmirlə bağlı bütün xərclərə görə məsuliyyəti öz üzərimizə götürürük. Komandalarımız bunu dərhal etməyə hazırdır. Biz bu vəziyyəti mümkün qədər tez həll etməyə çalışırıq”.

 

Oxşar xəbərlər