Türkiyənin ATV kanalında yayımlanan “Kim Milyonçu Olmaq İstəyir” yarışmasının yeni mövsümündə böyük mükafatın məbləği artırılıb.
Tacxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, məbləğ 5 dəfə artırılaraq 5 milyon lirəyə çatdırılıb.
Bundan əlavə, sualların sayı da 13-ə çatdırılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl 24 yaşlı Rabia Birsen Göyərçin yarışmada bütün sualları doğru cavablandıraraq 1 milyon TL (təx. 63 258 AZN) qazanıb. O, həyat hekayəsi ilə tamaşaçıları duyğulandırmışdı.