“Dünya bazarında donuz, mal, qoyun ətinin qiymətində azalma var”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. Onun sözlərinə görə, bu azalma 3%-dən çoxdur:
“Azərbaycanda avqust ayından ətin qiymətində nisbətən bahalaşma qeydə alınıb. Amma gələcəkdə inanmıram ki, ətin qiymətində ciddi bahalaşma baş versin”.
Ekspert bildirib ki, bu gün Azərbaycanda alıcılıq qabiliyyəti aşağıdır.