Tacxeber.com xəbər verir ki, bunu diyetoloq Ancelina Dyubina “Kuban News”a açıqlayıb.
Onun sözlərinə görə bu ədviyyatın tərkibində çoxlu vitaminlər, xüsusən də gənclik vitamini E və antioksidantlar var.
Qidalanma mütəxəssisi vurğulayıb ki, istilik müdaxiləsi zamanı paprika faydalı maddələrinin təxminən 75% -ni itirir. Ona görə də istiot artıq bişib hazır olmuş yeməklərə axırda əlavə edilməlidir.
Həkim bildirib ki, bu ədviyyatın tərkibindəki maddələr maddələr mübadiləsini sürətləndirir, mədə-bağırsaq traktını stimullaşdırır və piylərin yandırılmasını aktivləşdirir.