• 22 Noyabr 2024 15:41

Səadət Hüseynovun manapoliya çevirdiyi 48 saylı Notariusda dövlət qanunları niyə işdəmir?

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan müəsisə və təşkilatlatlarda kifəyət qədər neqotiv hallara yol verilməsi barədə dövrü mətbuatda və elektron mediada kifayət qədər kəskin materiallar dərc olunub, informasiyalar yayilib. Ədliyyə Nazirliyinin tabeliyində olan və ən çox tənqid olunan sahələrdən biri də Notariat ofisləridir. 

Tacxeber.com verir ki, dövri mətbuatda bəzi Notariat ofislərində qanunların işləmədiyinə,özbaşınalıqların hökm sürdiyinə tez -tez rast gəlinir. Qanun kağız üzərində qalırsa, işləmirsə, obrazlı desək, “ölü qanun”dursa, nə fərqi, yaxşı, ya da pis qanundur. Əsas odur ki, qanun işləsin və ən əsası hamıya şamil olunsun.

Notariusların hüquq və vəzifələri haqqında qanunda göstərilir ki, Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir.

Həmçinin hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməsi, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatların gizli saxlamalıdır.

Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. İndi görək, bu qanun ölkəmizdə işləyirmi yaxud da bütün Notariuslara eyni dərəcədə şamil olunurmu?

İnternet üzərindən apardığımız araşdırmaya əsasən deyə bilərik ki, 48 saylı notarius Bakı şəhərində fərqli üç ünvanda fəaliyyət göstərir. Belə ki, 48 saylı notariat Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində , bundan başqa “Meyvəli” deyilən yerdə Baş Dövlət Yol Polisi İdarəsinin Qİİ-nin həyətində və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərir.

Sual olunur: Eyni zamanda üç ayrı məkanda notariat əməliyyatı Səadət Hüseynov tərəfindən necə həyata keçrilir? Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli olduğu halda, Səadət Hüseynov fiziki və hüquqi nöqteyi nəzərdən bu izah işlərini ayrı-ayrı məkanlarda necə çatdırır?

Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər Səadət Hüseynov bir ofisdə əyləşirsə digər ofislərdə sadalanan qaydalara necə əməl olunur? (Ayaletmedia.az)

Tacxeber.com

Oxşar xəbərlər