• 24 Sentyabr 2024 22:31

“İkisini də bir otağa salıb…” – Tramp Putin və Zelenskidən DANIŞDI

 

Tramp Putinin mövqeyini dəstəkləyib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin fikirlərini yüksək qiymətləndirdiyini bildirib. “Ölkə.az” xəbər verir ki, o, bu barədə NBC-nin “Meet the Press” verilişinin aparıcısı Kristen Velkerə eksklüziv müsahibəsində Ukraynadakı müharibə ilə bağlı mövqeyini şərh edərkən deyib.

Müsahibədə Tramp 18 aydan çox davam edən münaqişəyə necə son qoyacağına dair açıq-aydın heç nə söyləməsə də, yenidən prezident seçiləcəyi təqdirdə müharibəni 24 saat ərzində həll edəcəyini bildirib.

“Dəqiq desəm, bütün kozırlarımı itirəcəyəm. Demək istəyirəm ki, nə edəcəyinizi dəqiq deyə bilməzsiniz. Amma mən Putinə də, Zelenskiyə də müəyyən şeylər deyərdim”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ötən həftə Vladimir Putin Donald Trampın ABŞ-da hakimiyyətə gələcəyi təqdirdə Ukrayna münaqişəsinin həllinə kömək etmək niyyətindən məmnun olmaya bilməyəcəyini diqqətə çatdırıb. Tramp Putinin şərhlərini təqdir etdiyini bildirib.

“Onun belə deməyi xoşuma gəlir. Mən onu otağa sürükləyərdim. Zelenskini də otağa çəkərdim. Sonra onları bir araya gətirərdim və sövdələşmə edərdim”, – Tramp əlavə edib. (Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər