• 25 Noyabr 2024 02:53

Xərçəngdən danışan həkim alınan xörək duzuna diqqət etməyə çağırdı

 

Rusiyalı onkoloq Maksim Astraxantsev qalxanabənzər vəzi xərçənginin inkişafında bu və digər amillər barədə danışıb.

O ilk risk faktoru kimi cinsiyyəti göstərib. Mütəxəssisin sözlərinə görə, bütün halların təxminən 75%-i qadınlarda aşkar edilir.

Bundan başqa xərçəngə tutulmada yaş da öz sözünü deyir, belə ki, pasiyentlərin 2/3-si 20-55 yaşa qədər olan insanlardır.

Astraxantsev sözügedən xərçəngə risk faktorlarından digər bir səbəb kimi qida rasionunda yodun az olmasını göstərib.

“Adi xörək duzu əvəzinə yodlaşdırılmış duzdan istifadə vəziyyəti yaxşılaşdırmağa kömək edir”, – deyə o, vurğulayıb.
Onkoloq rentgen şüalarının təsirlərindən də danışıb, onun sözlərinə görə, baş və boyun nahiyəsində radiasiyaya məruz qalmaq da tiroid papilyar və follikulyar xərçəngin inkişaf riskini artıra bilər.

“Ailədə qalxanabənzər vəzi xərçənginin olması da xəstəliyin inkişaf riskini artıra bilər”, – deyə həkim bildirib.

Tacxeber.com

Oxşar xəbərlər