• 25 Noyabr 2024 00:51

Macarıstan İsveçin NATO-ya gedən yolunu əngəlləyir

Türkiyənin NATO üzvlüyünə yaşıl işıq yandırdığı İsveç bu dəfə Alyansa gedən yolda Macarıstan tərəfindən bloklandı.

Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Prezident Ərdoğanın iyun ayında Vilnüsdə keçiriləcək BMT Zirvə toplantısında İsveçin NATO üzvlüyünü təsdiq üçün Türkiyə Böyük Millət Məclisinə göndərəcəyini açıqlamasının ardından Macarıstan Prezidenti Viktor Orban da üzvlüyün qısa müddətdə təsdiqlənəcəyini bildirmişdi.

Bununla belə, bir müddətdir “demokratiyanın işləməsi” ilə bağlı Stokholmdan tənqidlərə məruz qalan Macarıstan İsveçi NATO üzvlüyünə mane olacağı ilə hədələyib.

Xarici işlər naziri Peter Szijjarto isveçli həmkarı Tobias Billströmə məktub göndərərək: “İsveç siyasətçilərinin Macarıstanı haqsız tənqid etmələri davam edərsə, NATO-ya üzvlük təsdiqlənməyəcək”, – deyə xəbərdarlıq edib.

Budapeştə qarşı tənqidlərə ötən il ölkədə keçirilən seçkilərdə məğlub olan İsveçin keçmiş baş naziri Maqdelana Andersson başçılıq edir.

Digər tərəfdən prezident Ərdoğan “İsveç terrorla bağlı verdiyi vədləri tutmadı” ifadəsini işlədib. Stokholmu “polisin himayəsi altında nümayişlərə terrorçu göndərdiyi” üçün tənqid edən Ərdoğan, İsveçdə qəbul edilən yeni terror qanununa diqqət çəkərək: “Qanun hazırlamaq kifayət etmir, qanunu tətbiq etmək lazımdır. Bunun üçün hakimiyyət orqanları iradə göstərməlidirlər”,- deyib. (Bizimyolinfo)

Tacxeber.com

Oxşar xəbərlər