• 18 Oktyabr 2024 10:20

“Qarabağ”ın legioneri Azərbaycan millisində oynayacaq?

Abdullah Zubir beş ildir ki, “Qarabağ”ın formasını geyinir. Onun milliləşdiriləcəyi və Azərbaycan yığmasına cəlb olunacağı gündəmdədir.

Sportal.az saytına verilən məlumata görə, AFFA fransalı legioneri milliləşdirməyi planlaşdırmır. Məlumata görə, 31 yaşlı futbolçu millimizin çalışdırıcısı Canni De Byazinin də planlarına daxil deyil. Amma o, ölkə çempionatında yerli statusunda oynamaq imkanına sahibdir. Bunun üçün isə futbolçu özü təşəbbüs göstərməlidir.

Qeyd edək ki, Zubir “Qrenobl”, “İstr”, “Hibernian”, “Petrolul”, “Lans”da oynadıqdan sonra 2018-ci ildə “Qarabağ”a keçmişdi.

Tacxeber.com

Oxşar xəbərlər