• 22 Sentyabr 2024 03:06

Tolik Türkiyə universitetinə daxil oldu, indi də siyasətçi olacaq – FOTO

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) İstanbul Universitetinin tələbə adını qazanıb.

Bu barədə Tarix Əliyevin özü sosial şəbəkədə məlumat yayıb.

Tarix Əliyev aparıcı və prodüser kimi çalışsa da, hər zaman siyasətlə çox maraqlandığını, bunun üçün də İstanbul Universitetinin siyasət üzrə fakültəsinə daxil olduğunu deyib:

“Hətta Almaniyada yaşadığım 2 il ərzində DAK (Dünya Azərbaycanlıları Konqresi) və həmin vaxt Paltalik adlanan sosial şəbəkə var idi ki, orada siyasi qruplarda çox aktiv olmuşam, siyasətə marağım hər zaman olub.

Nəhayət ki, bu il qərar verdim və İstanbul Universitetinin “Siyasət bilimi və kamu yönətimi” fakültəsinin tələbəsi oldum. İnşallah, bəlkə gələcəkdə siyasətçi oldum”. (Musavat)

Tacxeber.com

 

Oxşar xəbərlər