İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün bazar ertəsi gecə Nyu-Yorka səfər edəcək siyasi nümayəndə heyətinə başçılıq edəcək.
Bu barədə “İRNA” agentliyi məlumat verib.
Bildirilir ki, prezidentin gündəliyində Baş Assambleyanın iclasında çıxışı, müxtəlif ölkələrin liderləri və Nyu-Yorkda yaşayan iranlılarla görüşü var.
Rəisi ABŞ-da siyasi, mədəniyyət və din xadimləri ilə də görüşməyi və medianın suallarını cavablandırmağı planlaşdırır.
UNGA-nın illik iclası böyük beynəlxalq tədbir kimi siyasi məsələlərin müzakirəsi üçün münasib fürsət hesab olunur. Sentyabrın 19-dan 25-dək Nyu-Yorkda BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi keçiriləcək. (Bizimyol)