Ordunun əks hücum əməliyatı ləng gedir, lakin Ukrayna qoşunları irəliləyir.
Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CBS-ə müsahibəsində deyib.
Bununla belə, Zelenski əlavə edib ki, rus işğalçılarına dayanıb özlərini toparlamasına imkan verməmək lazımdır.
“Bu, çətin vəziyyətdir. Mən sizinlə tam səmimi olacağam. Hücum təşəbbüsü bizdədir. Bu, müsbət haldır. Biz Rusiyanın hücumunu dayandırdıq və əks-hücuma başladıq. Baxmayaraq ki, o qədər də sürətlə getmir. Amma onu qeyd etmək vacibdir ki, biz hər gün irəliləyirik və əraziləri azad edirik. Ləng də olsa, əks-hücumu davam etdirməliyik. Putinə özünü toparlamasına imkan verməməliyik”, – o qeyd edib.