ABŞ-ın Florida ştatında və Karib dənizinin bəzi bölgələrində yetişən Manşinel ağacı dünyanın ən ölümcül ağacı kimi 2011-ci ildə “Ginnesin Rekordlar Kitabı”nda qeyd olunub.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, bu ağacın nəinki meyvəsini yemək, hətta bu ağacın budaqlarının altında dayanmağın belə ölüm riski yarada biləcəyi bildirilib.
Yağışda ağacın altında dayanmaq təhlükəlidir, çünki yağış damcılarının tərkibində ağac şirəsi olduğu zaman dəri ilə təmasda ciddi problemlər yarada bilər.
Manchineel ağacı ilk baxışda zərərsiz görünən yaşıl almaya bənzər meyvələr verdiyi üçün “yaşıl və yarpaqlı ağac” kimi təsvir edilir. Ancaq bu ağacın qabığı, şirəsi və meyvəsi insanlar üçün son dərəcə təhlükəlidir və ölümcül sağlamlıq problemlərinə səbəb ola bilər.
Ginnesin Rekordlar Kitabında qeyd olunub ki, xırda yaşıl almaya bənzəyən meyvənin bir dişləməsi qabarmaya və ya şiddətli ağrıya səbəb olur, həmçinin, ölümcül ola bilər”.
Manşin ağacının hər hansı bir hissəsi yandırıldıqda çıxan tüstü gözə çatarsa bu, korluğa səbəb ola bilər”.