• 23 Noyabr 2024 23:10

“Surət Hüseynovun qəbrinin üzərindəki Milli Qəhrəman sözü yığışdırılsın!”

“Surət Hüseynovun qəbrinin üzərindəki Milli Qəhrəman sözü yığışdırılsın!”

”Azərbaycanın Milli Qəhrəmanı” adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə Surət Davud oğlu Hüseynov “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilsin.”  

Tacxeber.com xəbər verir ki, bu xatırlatma ilə Əməkdar jurnalist Azər Həsrət çıxış edib. Jurnalist bildirib ki, bu cümlə Prezident Heydər Əliyevin 30 oktyabr 1994-cü il tarixli Fərmanındandır (No: 236). “Göründüyü kimi, 4 iyun 1993-cü il qiyamını təşkil edərək Azərbaycan dövlətinə arxadan zərbə vurmuş Surət Hüseynov (döyüşən ordunu Qarabağdan çəkib Bakının üzərinə yürütmüşdü) o tarixdən etibarən Azərbaycanın Milli Qəhrəmanı deyil! Amma adamın qəbrinin üstünə Milli Qəhrəman olduğu yazılıb! Buna dözmək olmaz və dövlət baba bir zəhmət çəksin, o qəbir daşının üzərindəki gərəksiz ifadələrin yığışdırılmasına göstəriş versin”, – deyə Azər Həsrət qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər