• 25 Noyabr 2024 09:47

Etirazçılar “Nikol satqındır” şüarları səsləndirirlər

İrəvanda etirazçılar polis kordonunu yarıb Ermənistan hökumətinin binasına daxil olmağa çalışırlar.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, onlarla polis əməkdaşları arasında toqquşmalar baş verir. Etirazçılar “Nikol satqındır” şüarları səsləndirirlər.

***20:41

Ermənistanın paytaxtı İrəvanda yerləşən Rusiya Səfirliyinin qarşısında etiraz aksiyası keçirilir.

Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, Səfirliyin qarşısında etiraz edən vətəndaşlarla polis arasında toqquşma baş verib.

Aksiya iştirakçıları Səfirliyin qarşısında qondarma rejimin bayraqları qaldıraraq binanın bütün girişlərini bağlayıblar.

Etiraz aksiyası keçirən vətəndaşlar Rusiyadan Azərbaycanın “Qondarma rejimin dinc əhalisinə qarşı soyqırım hərəkətlərini” dayandırmasını tələb edirlər.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər