• 25 Sentyabr 2024 06:40

“Rusiya ilə birlikdə Suriyaya getdik, KTMT-dən çıxmadıq, amma Moskva bizi qorumadı”

“Hakimiyyətə gələndən sonra Rusiya ilə birlikdə Suriyaya getdik, bütün beynəlxalq qurumlarda Rusiyaya səs verdik, KTMT-dən çıxmadıq, Aİİ-dən çıxmadıq, amma müharibə zamanı eyni nəticəni aldıq”.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanı sadəcə qorumadı: “Qoruma arzusu varsa qoruyur, istəməsə, min səbəb tapa bilər”. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər