• 25 Sentyabr 2024 12:37

Ermənilər Azərbaycanın ABŞ-dəki konsulluğunun binasına hücum edib

 

Azərbaycanın ABŞ-nin Los-Ancelos şəhərindəki Baş Konsulluğunun binasına boya tökülüb.

Bu barədə məlumat və uyğun video sosial şəbəkədə yayılıb.

Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb.

Azərbaycanın diplomatik missiyasının binasına hücumu ermənilərin törətdiyi bildirilib.

Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib. Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Ancelos polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi./Report

Tacxeber.com

Oxşar xəbərlər