“New York Post” xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
O, yəhudi təqvimi ilə Yeni il bayramı başlamazdan əvvəl bir qrup ravvin qarşısında çıxış edərkən bildirib: “Mən əyalətimdə sinaqoqda böyümüşəm. Zarafat etdiyimi düşünürsüz, amma yox, elə deyil”.
ABŞ-ın Delaver ştatındakı Uilminqton şəhərindəki Bet Şalom ravvinlərinin adlarını sadalayan 80 yaşlı prezident deyib: “Bu sinaqoq mənim üçün çoxlu dostun evidir. Mən həmişə inanmışam ki, bu universal bayramın mesajı tövbə etmək, dəyişmək və yenidən başlamaq üçün heç vaxt gec deyil mənası verir”.
Co Bayden 2007-ci ildə yazdığı “Yerinə yetiriləcək vədlər” adlı xatirə kitabında bir dəfə də olsun sinaqoq sözünü işlətmir və 7 dəfə “yəhudi” sözündən istifadə edib O, kitabda bircə dəfə “Bet Şalom” ifadəsini də xatırlatmayıb. (Yenisabah)