• 21 Sentyabr 2024 23:56

“Deyəsən, Kadırov gəbərib” – Leonid Nevzlin

Tanınmış israilli biznesmen Leonid Nevzlin Çeçenistan rəhbəri Ramzan Kadırovun öldüyü barədə məlumat verib. Bu məlumat dünən “Twitter” şəbəkəsində mənbə göstərilmədən dərc edilib.

Bu barədə “dialog.ua” nəşri yazıb.

Məlumatda deyilir ki, deyəsən, bir saat öncə Kadırov Mərkəzi Kliniki Xəstəxanasında gəbərib.

Kadırovun mümkün ölümü barədə Nevzlinin “Twitter”inə istinadən bir çox “Teleqram-kanal”lar məlumat yayıb.

Üç gün öncə Ramzan Kadırovun “Teleqram-kanal”ında çeçen liderinin gəzintisini əks etdirən video üzə çıxıb.

“Belə-belə işlər, – o, rusca deyir və çeçen dilinə keçir. – Gözəl yağış yağır və Quranın oxunması eşidilir. Mən 11 km məsafəni piyada qət etmişəm. Ona görə də idmanla məşğul olun”, – Kadırov yazıb.

Bundan bir gün öncə Ukraynanın “Obozrevatel” internet nəşri çeçen diasporunun adları çəkilməyən nümayəndələrinə istinadən məlumat verib ki, Çeçenistan rəhbəri Ramzan Kadırov komaya düşüb.

Sonradan Ukraynanın Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov çeçen hakiminin vəziyyətinin kritik olduğunu təsdiq edib.

“Bəli, həqiqətən də cinayətkar Kadırovun ağır vəziyyətdə olması və mövcud xəstəliklərin kəskinləşdiyi və ağır vəziyyət yaratması barədə məlumat var”, – Yusov deyib. O, əlavə edib ki, bu məlumat bir çox mənbələr tərəfindən təsdiq edilib.

“O, çoxdandır ki, xəstədir və söhbət sağlamlıqla bağlı sistemli problemlərdən gedir. Lakin son bir neçə gün o, ağır vəziyyətdədir”, – o, vurğulayıb.

Bundan öncə “Obozrevatel”in çeçen diasporundakı mənbələr məlumat verib ki, Kadırov artıq bir neçə gündür komadadır.

O, təyyarə ilə Moskvaya çatdırılıb, orada Çeçenistan rəhbərinə kömək etmək mümkün olmayıb və o, Qroznıya qaytarılıb.

Hazırkı mərhələdə Kadırovun xaricə, Birləşmiş Ərəb Əmirliklərinə köçürülməsi planlaşdırılır.

Çeçen hakiminin ağır xəstəliyi barəsində şayiələr artıq bir neçə gündür ki, dolaşmaqdadır. Belə ki, 2023-cü ilin mart ayında Almaniyanın “Bild” qəzeti Çeçenistan baş nazirinin sabiq müavini Əhməd Zakayevə istinadən yazıb ki, Kadırov ciddi böyrək xəstəliyindən əziyyət çəkir.

Hətta Birləşmiş Ərəb Əmirliklərindən Abu-Dabidəki “Burcil” xəstəxasının nefrologiya şöbəsinin müdiri Yasin İbrahim Əl-Şahat Qroznıya gəlib. Alman jurnalistlərinin məlumatına görə, Kadırov Moskva həkimlərinə etimad etmədiyinə görə bunu edib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər