• 22 Sentyabr 2024 11:40

Yevgeni Priqojinin həyat yoldaşı rəsmi olaraq soyadını dəyişib

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin həyat yoldaşı ərinin ölümündən sonra soyadını dəyişib. Sahibkar və üç şirkətin ortağı Lyubov Valentinovnanın yeni soyadı Kryajevadır.

Məlumata görə, Kryajeva qadının əvvəlki soyadıdır.

Qeyd edək ki, Yevgeni Priqojin avqustun 23-də Rusiyanın Tver vilayətində təyyarə qəzasına uğrayıb. Avqustun 27-də İstintaq Komitəsi onun ölümünü təsdiqləyib. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər