• 21 Sentyabr 2024 12:35

Prezidentlər: Sülh müqaviləsinin hazırlanması sürətləndirilsin

Prezidentlər: Sülh müqaviləsinin hazırlanması sürətləndirilsin

Azərbaycan və Rusiya prezidentləri arasında İrəvanla sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı bildirilib.

2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.

Tacxeber.com

Oxşar xəbərlər