• 22 Noyabr 2024 01:04

Ordunun girməli olmadığı yerlər, reinteqrasiya və yayılan xəritə barədə suallara AÇIQLAMA

“Azərbaycanın yardımları Qarabağdakı erməni əhalisinə çatdırıldı. FHN-nin qurduğu 1000 yerlik çadırlarda isə erməni əhalisi yerləşdirilib, yardıma ehtiyacı olanlara xidməti polislərimiz göstərib. Bu vacib məqamdır, çünki erməni sakinlərin yaşadığı yerlərə asayişi qorumaq, qanunları tətbiq etmək üçün ilk daxil olan polislərimiz olacaq”.

Tacxeber.com xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, ordunun girməli olmadığı yerlərə bu yolla daxil olmaq effektli yoldur.

“Yardımı olanların etməsi və bunun servis edilməsi, təmasların qurulmasını asanlaşdıracaq. Ərazilərimizdə üçüncü qüvvələrin olmaması üçün birgəyaşayışın təməlini də özümüz atmalıyıq”, – o deyib.

Ekspert erməni mənbələrinin yaydığı xəritənin Azərbaycan tərəfinin yaymamasına isə belə münasibət bildirib:

“44 günlük müharibədə biz torpaqları azad edirdik, indi təmizləmə əməliyyatı aparılır, yəni “bu əraziləri azad etdik” demek digərlərinin onlarda qalması kimi çıxır. Ona görə 90-dan çox məntəqənin nəzarətimizə keçdiyi deyildi. Digər tərəfdən əməliyyat dayansa da, proses dayanmayıb, güman ki, tərkisilah edilmələri və separatçı rejimin buraxılmasından sonra “ümumi nəzarət bərpa olundu” deyiləcək”.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə reinteqrasiya məsələsi ilə bağlı incə nüansa toxunub:

“Anuş Qhavalyan yazır ki, “Yazılarımın altında azərbaycanlılar ermənilərə nifrət yağdırır”. Düzü, mən də onun postuna şərh yazıram. Amma orada nifrət dili olmur. Amma baxıram ki, bəziləri uyğun yazmır. İndi onlara belə şeylər lazımdır. Toplayıb versinlər ora-bura. Dünən Təhlükəsizlik Şurasının iclasında Mirzoyan sosial şəbəkələrdən sitatlar gətirirdi. Biz əgər reinteqrasiyadan danışırıqsa, məncə, ritorika dəyişməlidir. Ən azı mediada və ictimai xadimlərin ifadələrində. Hər şeyi anlayıram. 35 ildir proseslərin içərisindəyəm”.

O söyləyib ki, qarşı tərəfin irqçi fəaliyyəti ilə bağlı bir neçə hesabatı BMT saytında mövcuddur: “Biz onlara bizimlə birgə yaşamağı təklif edirik. İstəmirlər, yol açıqdır. Təklif ediriksə, o zaman nə qədər çətin olsa da, onlara sui-istifadə üçün bəhanə verməməliyik”.

Tacxeber.com

Oxşar xəbərlər