• 24 Sentyabr 2024 18:28

“Generallar ağır vəziyyətdədir” – Budanov Rusiyanın Qara dəniz donanması qərargahına zərbənin nəticələrindən danışdı

“Donanmaya hücum nəticəsində 9 nəfər aradan götürülüb, 16 nəfər yaralanıb, onların arasında Rusiya generalları da var…”

“Rusiyanın Qara dəniz donanmasına hücum zamanı Ukrayna “Storm Shadow” raketlərindən istifadə edib…”

“Generallar Aleksandr Romançuk və Oleq Tsekov ağır vəziyyətdədir…”

Budanov Rusiyanın Qara dəniz donanmasının komandanı admiral Viktor Sokolovun aradan götürülməsi ehtimalını təsdiq etməyib.

Bu barədə “svoboda.org” nəşri məlumat yayıb.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bəyan edib ki, Ukraynanın Rusiyanın Qara dəniz donanmasına hücumu nəticəsində ən azı doqquz nəfər aradan götürülüb. Həmçinin 16 nəfər yaralanıb, onların arasında Rusiya generalları da var.

O, deyib ki, yaralılar arasında qruplaşma komandanı general-polkovnik Aleksandr Romançuk ağır vəziyyətdədir, həmçinin qərargah rəisi general-leytenant Oleq Tsekov huşsuz haldadır, “Amerikanın səsi” nəşri məlumat verib.

“Qərargahın işçiləri olmayan zərər çəkən adi hərbi qulluqçularının sayı hələ müəyyən edilir. Bunlar xidmət keçən hərbçilər, mühafizə və s. mənim səsləndirdiyim siyahıya daxil deyil”, – Budanov deyib.

Qeyd edilir ki, Zaporojye istiqamətində Rusiya qüvvələrinin komandanı Aleksandr Romançuk 2023-cü ildə general-polkovnik rütbəsi alıb. General-leytenant Oleq Tsekov Rusiya Hərbi-Dəniz Donanması Şimal donanması sahil qoşunlarının komandiridir.

Budanov Rusiyanın Qara dəniz donanması komandanının aradan götürülməsi ehtimalı barədə məlumatı təsdiq etməyib.

Onun sözlərinə görə, kəşfiyyat bütün mənbələrdən, həm də əsas agentura mənbələrindən məlumatlar toplayır. Lakin o, qərargaha hücum zamanı Qərb istehsalı olan raketlərdən istifadə edilməsi barədə heç nə deməyib.

Qara dəniz donanmasına hücum – detallar

Sentyabrın 22-də işğal edilmiş Sevastopolda Rusiyanın Qara dəniz donanmasına raket zərbələri endirilib.

Rusiya Müdafiə Nazirliyi zərbə endirilməsi faktını etiraf edib və hətta həlak olan barədə məlumat da verib. Düzdür, cəmi bir nəfərin həlak olduğunu, sonradan onun “itkin düşdüyünü” iddia edib.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara dəniz donanmasına zərbə endirilməsini rəsmən təsdiq edib.

Ukrayna Silahlı Qüvvələri Ali Baş Komandanı Aparatının Strateji Kommunikasiyalar İdarəsi məlumat verib ki, uğurlu hücum nəticəsində hədəf məhv edilib.

Ukrayna Rusiyanın Qara dəniz donanmasına hücumda “Storm Shadow” raketlərindən istifadə edib, bu barədə “Sky News” nəşri məlumat verib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər