• 25 Sentyabr 2024 08:24

Toksinlərdən təmizləyən Sassi suyu

Yediyimiz qidalar nəticəsində bədənimizdə toksinlər yığılır. Bu toksinlərdən qurtulmaq isə sağlam həyat tərzi deməkdir.

Amerikalılar toksinlərdən xilas olmaq üçün məşhur detoks içkisi olan Sassi suyunu içir.

Hazırlanması:

1 ədəd limon və 1 ədəd xiyar nazik şəkildə doğranır. 12 ədəd nanə yarpağı və 1 ç.q xırdalanmış zəncəfillə birlikdə suya salınaraq 1 gecə soyuducuda saxlanılır. Səhər su soyuducudan çıxarılır və otaq temperaturuna gələndən sonra, gün boyu içilir.

Sassi suyu orqanizmə antioksidant təsir göstərir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzm sistemini normallaşdırır, artıq çəki ilə mübarizə aparır. (Axsam.az)

Tacxeber.com

Oxşar xəbərlər